17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Oyunların təqvimi aşağıdakı kimidir:
2 may
13:00. Farer adaları - Azərbaycan
“House of Football" Stadium
4 may
19:00. Albaniya - Azərbaycan
“House of Football" Stadium
7 may
13:00. Azərbaycan - Moldova
“House of Football" Stadium
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.