Millimiz Xorvatiyayadan xal aldı YENİLƏNİB

Bu gün “Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, H qrupunda mübarizə aparan yığmamız da növbəti oyununa çıxacaq.

Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz Bakıda Xorvatiya ilə üz-üzə gələcək.

Komandamız bu rəqiblə ötən ilin oktyabrında Xorvatiyada qarşılaşıb. Berti Foqtsun rəhbərliyi dövrünə təsadüf edən görüş millimizin biabırçı məğlubiyyəti lə başa çatıb – 0:6.

Bu gün Azərbaycan yığması adlı-sanlı futbolçulardan ibarət rəqibindən revanş almağa çalışacaq. Bu görüş həm də xorvatiyalı mütəxəssis Prosineçkinin bir vaxtlar çalışdığı milli komandaya qarşı ilk oyunu kimi əlamətdar olacaq.

Qeyd edək ki, Xorvatiya yığması 13 xalla qrup lideridir, millimiz isə 4 xalla 5-ci pillədə qərarlaşıb.





3 sentyabr

“AÇ-2016”nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan - Xorvatiya 0-0
Baş hakim:
 Ruddi Buke (Fransa)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right