"Turan Tovuz" azarkeşlərə müraciət etdi

"Turan Tovuz" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq.

Newsport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi vacib oyundan öncə azarkeşlərinə müraciət edib:

"Dəyərli “Turan Tovuz” azarkeşləri!

Məlum olduğu kimi, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda komandamız “Neftçi” ilə qarşılaşacaq. Tarixi oyunda həmişəkindən daha çox dəstəyinizə ehtiyacımız var. Odur ki, 26 aprel tarixində hər birinizi “Bakcell Arena”ya, 5 A sektoruna gözləyirik!

Gücümüz dəstəyinizdir!

Əlaqələndici şəxs  Kamal Saqqayev.

Əlaqə nömrəsi: 055 652 82 02"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right