Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Sabah çətin oyun olacaq. Yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa çalışacağıq. Uzaqdan zərbələr üzərində xüsusi çalışmamışam. Necə alınacağını görəcəyik".