"Qarabağ" İspaniya klubunun hücumçusuna 1 milyon avro təklif etdi

Premyer Liqanı birinci yerdə başa vurmağa yaxın olan "Qarabağ" Çempionlar Liqasına hazırlıq görür.

Newsport.az-ın məlumatına görəQurban Qurbanov qitənin ən mötəbər klub turnirinə yeni hücumçu ilə getmək istəyir.

Ağdam təmsilçisi bu yöndə fəaliyyətini gücləndirib. "Köhlən atlılar" İspaniyada çıxış edən forvarda rəsmi təklif göndərib.

Həmin ön xətt oyunçusunun adı açıqlanmır, sadəcə, redaksiyamıza verilən məlumata görə, o, Sequndada forma geyinir.

Azərbaycan çempionatının son qalibi maraq dairəsinə düşən hücumçunun transferi üçün onun məxsus olduğu kluba öz şərtlərini irəli sürüb.

"Qarabağ" bu keçidin gerçəkləşməsi naminə 1 milyon avro təzminat ödəməyə hazırdır.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right