Braziliyalı hücumçu "Qəbələ"də qalmayacaq

Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Rafael Utziq komandanı tərk edəcək.

Newsport.az-ın məlumatına görə, braziliyalı hücumçu "qırmızı-qaralar"da qalmayacaq. 26 yaşlı forvard klubun yeni müqavilə təklifini qəbul etmək niyyətində deyil. Başqa təklifləri olan futbolçu karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yayda verəcək.

Qeyd edək ki, Rafael Utziq 2020-ci ilin yayından "Qəbələ"də çıxış edir. "Sambaçı" bölgə klubunun heyətində meydana çıxdığı 86 rəsmi matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right