"Şamaxı"nın futbolçusu "Qarabağ"a qayıdacaq?

"Şamaxı"nın futbolçusu Nihad Quliyev Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə21 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXXI turunun "Kəpəz"lə matçını (1:1) dəyərləndirib. Gənc oyunçu əllərinə düşən fürsətləri dəyərləndirə bilmədiklərini deyib:

"Ağır oyun idi. Ancaq 3 xala köklənmişdik. Meydana qələbə üçün çıxmışdıq. Amma olmadı. Əlimizə düşən epizodları dəyərləndirə bilmədik. Buna baxmayaraq yaxşı oynadıq. Təəssüf ki, 1 xalla kifayətləndik. Növbəti oyunlarda qələbə qazanmaq üçün çalışacağıq".

Müqavilə ilə "Qarabağ"a məxsus olan Nihad Quliyev gələcəyi ilə bağlı hələ konkret qərarın olmadığını bildirib:

"Bu barədə hələ ki, tam məlumat yoxdur. Heç özüm də bilmirəm. Danışıqlar gedir, ortada konkret bir şey yoxdur. Yaxın günlərdə bilinəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right