Səlahət Ağayev "Sumqayıt"a qarşı oynamayacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt”la oyununun hazırlıq prosesini başa vurub.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın qapıçısı Səlahət Ağayev bu matçı buraxacaq. O, zədə səbəbindən görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, bu gün “Kapital Bank Arena”da baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right