Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, 6-cı pillədəki “Turan Tovuz” 2-ci yerdəki “Sabah”ı qəbul edəcək. Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, bu gün “Səbail” – “Neftçi” görüşü (18:30) də keçiriləcək.
22 aprel (şənbə)
16:00. “Turan Tovuz” – “Sabah” 0:2
Qollar: Aleksey Kaşuk, 28, 66
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Tovuz şəhər stadionu
18:30. “Səbail” – “Neftçi” 1:1
Qollar: Maksim Çex, 32 - Yeqor Boqomolski, 8
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
“ASCO Arena”