Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, rəqibin ulduz futbolçusu Mateo Kovaçiç bu qarşılaşma ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib.
Madrid “Real”ının üzvü yığmamızla oyuna qələbə üçün çıxacaqlarını bildirib:
“Azərbaycana səfər çox maraqlı olacaq. İnanıram ki, azarkeşlər də maraqlı oyuna şahidlik edəcəklər. Çalışacağıq ki, qələbə qazanaq. Heç bir problemə baxmayaraq 3 xal üçün meydana çıxacağıq. Ancaq qələbə haqda düşündürük”.