Vaqif Cavadov baş məşqçi təyin olundu

"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”-nin baş məşqçisi təyin olunub.

Newsport.az-ın məlumatına görə, Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt”ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right