Millimizin oyunu üçün nə qədər bilet satılıb?

Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Qarşılaşmaya azarkeş marağı elə də pis deyil. 15 min nəfər tutumu olan stadion oyun vaxtı tam dolmasa da, boş qalmayacaq. 

Newsport.az-ın məlumatına görə, bu günədək 8 minə yaxın bilet satılıb. Qiymətlər yerlərə görə 3, 6 və 50 manatdı.

Biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü. Həmçinin biletlərin online satışına da start verilib. 

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı sabah saat 21:00-da "Bakcell Arena"da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right