"Qarabağ"dan azarkeşlərinə bayram hədiyyəsi

“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Newsport.az xəbər verir ki, bu gün Misli Premyer Liqasının 31-ci turunda “Zirə” ilə keçiriləcək oyuna giriş pulsuz olacaq. Bu barədə klubun sosial şəbəkə hesabından paylaşım edilib. 

Fanatlar bu görüş üçün aldıqları biletlərdən Ağdam klubunun növbəti ev oyununda - "Qəbələ" ilə matçda istifadə edə biləcəklər.

"Zirə" ilə qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək Qarabağ” – “Zirə” matçı saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right