Baş məşqçidən etiraf: “Nazarovu saxlaya bilsək, burada qalmağım üçün stimul olar”

Futbol üzrə Almaniya 3-cü liqa klubu “Ersgebirge”nin formasını geyinən Dmitri Nazarovun çıxışı məşqçilər korpusu və rəhbərliyi heyran edir.

Newsport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, Aue təmsilçisinin nəticələri bu mövsüm 14 qolda yaxından iştirak edən yarımmüdafiəçidən asılı göstərilir. 33 yaşlı hücumameyilli oyunçu 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Ersgebirge”nin cari mövsüm autsayderlər zonasından qurtulmasının tək səbəbkarı məhz Nazarov sayılır.

Komandanın baş məşqçisi Pavel Dotçev də yığmamızın üzvündən asılı olduqlarını etiraf edib: “Bir neçə oyunçunun yayda komandada qalmasını istəyirəm ki, onlardan biri də Nazarovdur. Əgər onu “Ersgebirge”də saxlaya bilsək, bu, komandadakı işimi davam etdirməyim baxımından vacib stimul olar”.

Klub rəhbərliyi də Dmitri Nazarova mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmağı təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, yarımmüdafiəçi 2016-cı ildən “Ersgebirge”nin formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right