Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında vurduğu ilk qolla bağlı paylaşım edib. “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra İnstaqram hesabında yazıb: “Çox söz söyləyə bilərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, Mahir 40-cı dəqiqədə gözəl qola imza atıb. Bu, onun Super Liqada və “Konyaspor”da ilk rəsmi qolu olub.
Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub.