Zubir – “Samsunspor”un əsas transfer hədəfi

“Qarabağ”ın futbolçusu Abdullah Zubirin karyerasını Türkiyədə davam etdirmək şansı getdikcə artır. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, başda “Samsunspor” olmaqla, bir neçə klub fransalı yarımmüdafiəçi uğrunda mübarizə aparır.

31 yaşlı hücumameyilli oyunçunun “Qalatasaray”la (1:2) keçirilən xeyriyyə matçındakı performansı Türkiyə təmsilçilərinin diqqətini cəlb edib. Hazırda TFF I liqaya liderlik edən “Samsunspor” gələn mövsüm Super Liqada iştirak etməyə hazırlaşır. Rəhbərlik heyətin gücləndirilməsi üçün 360 milyon lirə transfer büdcəsi ayrılacağını açıqlayıb.

Samsunluların bir nömrəli hədəfi də məhz Zubirdir. Hətta klub oyunçunun çıxışını diqqətdə saxlamaq üçün “Qarabağ”ın görüşlərinə skaut göndərmək qərarına gəlib. Hadisələrin gedişi onu göstərir ki, Ağdam təmsilçisi yayda Zubiri heyətində saxlaya bilməyəcək. Əvəzində Premyer Liqanın lideri onun satışından yüksək məbləğdə gəlir əldə edə bilər.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdullah Zubirin klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right