Nazim Süleymanov vəzifəsindən azad olundu

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın "Ximki" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad olunub.
 
Newsport.az xəbər verir ki, bu haqda "Ximki"nin rəsmi teleqram səhifəsi məlumat yayıb. O, bundan sonra fəaliyyətini klubun U-19 komandasında davam etdirəcək. Süleymanov daha əvvəl də U-19-da işləyirdi. Bu il fevralın 3-də millimizin sabiq kapitanı əvəzedici komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında "Ximki" gəncləri Rusiya 2-ci liqasında keçirdiyi 3 matçdan 2-də heç-heçə edib, 1-də isə uduzub.
 
Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletddinov təyin edilib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right