Bu gün ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçlarına start veriləcək.
Newsport.az xəbər verir ki, yarımfinalın ilk görüşü Qəbələdə oynanılacaq.
Yerli komanda "Səbail" önünə çıxacaq. Qarşılaşma 18:00-da başlanacaq.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyun
18 aprel
18:00 "Qəbələ" - "Səbail" 3:2
Qollar: Utziq 34, 66, Felipe Santos 74 - İlkin Muradov 9, Martinov 21
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu