“Sabah”ın hücumçusu Coy Lens Mikels son 12 ilin ən yaxşı göstəricisinə imza atıb. Newsport.az saytı xəbər verir ki, almaniyalı forvard Premyer Liqanın XXX turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edərək buna nail olub.
Cari mövsüm Premyer Liqada qollarının sayını 17-yə çatdıran 30 yaşlı oyunçu son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı olub. Mikels 2015-16 mövsümündə 15 qol vuran “Qarabağ”ın sabiq ispaniyalı yarımmüdafiəçisi Dani Kintananın göstəricisini geridə qoyub.
2011-ci ildən bəri digər avropalı oyunçuların heç biri Azərbaycan çempionatında bu qədər fərqlənə bilməyib.
Qeyd edək ki, çempionatımızda ən çox qol vuran avropalı Georgi Adamiyadı. Gürcüstanlı 2010-11 mövsümündə 18 dəfə fərqlənib.