“Neftçi”nin sabiq futbolçusu Tallison Dias Azərbaycan təmsilçisindən ayrıldıqdan sonra iki il ərzində dördüncü kluba keçib.
Newsport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkəsi Braziliyanın ASA komandasına qayıdıb.
Sol cinah oyunçusu Braziliyanın D seriyasında mübarizə aparan ASA ilə artıq rəsmi müqaviləyə qol çəkib. Adıçəkilən komanda, eyni zamanda, Tallisonun ilk peşəkar klubudur.
Tallison 2021-ci ilin yayında “Neftçi”dən ayrıldıqdan sonra ardıcıllıqla “Santo Andre”, ASA və “Portuquesa”nın formasını geyinib. Ümumilikdə isə o, karyerasında 16-cı dəfə komandasını dəyişib.
Qeyd edək ki, Dallison Dias 2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasında 18 oyun keçirib və ölkə çempionluğunu qazanıb.