"Sumqayıt" "Şamaxı" ilə matça itkilərlə çıxacaq

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 30-cu turunda "Şamaxı" ilə qarşılaşacaq.

Newsport.az məlumatına görə, "gənclik şəhəri" təmsilçisi bu matçda üç futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Belə ki, Dieqo Karioka zədə, Vüqar Mustafayev və Vüsal İsgəndərli isə diskvalifikasiya səbəbindən meydana çıxmayacaq.

"Şamaxı"nın heyətində isə itki yoxdur.“Şamaxı” - “Sumqayıt” matçı aprelin 16-da Şamaxı şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right