Paytaxt klubunun legioneri "Qarabağ"a qarşı oynamaya bilər

Azərbaycan Premyer Liqasının 30-cu turunun "Səbail"lə matçında (3:1) zədələnmiş "Zirə"nin hücumçusu Filipe Paxtman ən azı qarşıdakı turu buraxacaq.

Newsport.az məlumatına görə, braziliyalı forvard dünənki matçın 68-ci dəqiqəsində meydana daxil olub və 85-ci dəqiqədə Dimitrios Çantakiasla əvəzlənib.

Bu gün MRT müayinəsindən keçəcək forvardın zədəsinin nə dərəcədə ciddi olub-olmadığı dəqiqləşəcək.

İlkin məlumata görə, Paxtman Premyer Liqanın 31-ci turunun "Qarabağ"la görüşündə meydana çıxmayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right