"Sabah" - "Qarabağ" matçı öncəsi itkilər: baş məşqçi texniki zonada olmayacaq

"Qarabağ" Azərbaycan Premyer Liqasının 30-cu turunun "Sabah"la görüşünə itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Elvin Cəfərquliyev cəzalı durumda olduğuna görə Ağdam klubuna kömək etməyəcək.

Abbas Hüseynov zədə səbəbindən, Şahruddin Məhəmmədəliyev isə ağır zədədən sonra hazırda bərpa prosesi keçdiyi üçün oynamayacaq.

Bədavi Hüseynovla Yassin Benzia isə artıq kollektivlə məşqlərə qayıdıb.

"Sabah"ın baş məşqçisi Murad Musayev də cəzalı olduğuna görə texniki zonadakı yerini ala bilməyəcək. Onunla yanaşı, ötən turda qırmızı vərəqə ilə cəzalandırılan Con İrasabal da “Qarabağ”la matçda iştirak etməyəcək.

"Sabah" - "Qarabağ" oyunu aprelin 16-da Masazırdakı “Bank Respublika Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right