"Qarabağ"ın oyunçusu kimə söz atdı?

"Qarabağ"ın yeni transferi Yasin Benzia dünən İnstagram səhifəsində (History bölümü) müəmmalı paylaşım edib.

Newsport.az xəbər verir ki, o, paylaşımında yazıb: "Yalan liftlə, doğru pilləkənlə qalxanda, bu, böyük vaxt aparır, amma keçib gedir". Benzia bu paylaşımı #RamadanGate (Ramazan qapısı) həştəqi il paylaşıb ki, bu da bir fransız saytının diqqətini çəkib.

"Bfmrmcsport" saytı yazıb ki, bu mesaj PSJ-nin hazırkı baş məşqçisi Kristof Qaltyeyə ünvanlana bilər. Məşqçi bugünlərdə diskriminasiya və islamafobiyada ittiham edilib. "Nitsa" klubunun idman direktoru Julyen Frunye bir vaxtlar bu komandada çalışmış Qaltye barədə danışarkən deyib: "O mənə dedi ki, komandada şəhərin realıqlarına uyğun davranmalıyıq. Bildirdi ki, "Nitsa"da bu qədər çox sayda qaradərili və müsəlman olmamalıdır".

Benziya 2017-20-ci illərdə Qaltyenin dövründə "Lill"in üzvü olub. Fransa mətbuatı yazır ki, Benzia ilə Qaltyenin münasibətləri yaxşı olmayıb. 2017/18 mövsümün Qaltye bu futbolçunu əsas komandadan uzaqlaşdırıb. Onun baş məşqçisi olduğu illərdə Benzia icarə qaydasında başqa klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right