“Neftçi” “Qəbələ” ilə oyuna iki itki ilə çıxacaq

“Neftçi”nin iki futbolçusu Ataa Caber və Vato Arveladze fərdi məşqlərlə kifayətlənir.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib.

“Ağ-qaralar”ın televiziyasına danışan həkim digər oyunçuların hamısının məşqçilər korpusunun ixtiyarında olduqlarını bildirib.

İsrailli yarımmüdafiəçi Ataa Caber və gürcüstanlı hücumçu Vato Arveladze zədə səbəbindən Premyer Liqanın XXX turunda “Qəbələ” ilə bu gün keçiriləcək matçı buraxacaq. Onların komandaya nə zaman kömək edəcəyi hələ məlum deyil.
 
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right