"Qarabağ"dan ŞOK transfer! İspan pleymekeri aldı

"Qarabağ"dan son transfer "bomba"sı!

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Miquel Markes Madera ilə münasibətlərini rəsmiləşdirib. 29 yaşlı ispan yarımmüdafiəçi qarşıdakı 2 ildə Azərbaycan çempionunun şərəfini qoruyacaq. O, son mövsümü Hayfa "Makkabi"sində keçirib. "Oviedo"nun yetirməsi peşəkar karyerasına Xixon "Sportinq"inin əvəzedici heyətində başlayıb, daha sonra əsas komandaya götürülüb. 2010/11-ci illərdə İngiltərədə "Birmingem" forması geyinib. AEK-də cəmi 6 ay keçirib. Yunanıstan klubunda icarə müddətini bitincə, vətənə dönüb. 3 il "Xetafe"nin şərəfini qoruyub. La Liqada 54 oyuna 1 qol vurub.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right