Yığmamızın rəqibləri bəlli oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Polşada keçiriləcək üçüncü Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarının çimərlik futbolu yarışlarında bütövlükdə 8 ölkənin yığması mübarizə aparacaq.
 
Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları da çempionluq üçün yarışacaq.
 
Qeyd edək ki, Çimərlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right