Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura start veriləcək.
Newsport.az-ın məlumatına görə, "Zirə" "Səbail"i sınağa çəkəcək. Dördüncü pillədəki yerinə qayıtmaq istəyən qəsəbə təmsilçisi Premyer Liqada qalmaq uğrunda mübarizəsini davam etdirən "dənizçilər"i məğlub etməyə çalışacaq.
İkincilik uğrunda yarışan "Neftçi" isə "Qəbələ" ilə üz-üzə gələcək. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu mövsüm "Neftçi"yə qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel (cümə)
“Zirə” – “Səbail” 3:1
Qollar: Vladislav Kulaç, 52, Rüstəm Əhmədzadə, 69, Eldar Quliyev, 90 - Qoba Zakpa, 90+7
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Neftçi” – “Qəbələ” 1:2 (İkinci hissə)
Qollar: Ramon Maçado, 13 (0:1), İsnik Alimi, 24-pen. (0:2), Emin Mahmudov 61-pen. (1:2)
“Bakcell Arena”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov