Doğma şəhərdə hazırlıqlarını davam edən “Xəzər Lənkəran” növbəti məşqini keçirib.
Newsport.az-ın məlumatına görə, komanda sentyabrın 1-də günün ikinci yarısında stadionun ehtiyat meydançada axşam məşqinə çıxıb. Milli komandaların düşərgələrində olan futbolçulardan savayı bütün heyətin qatıldığı hazırlıq prossesində zədəsini sağaltmaq üzrə olan Sadio Tounkara da iştirak edib. Qaradərili legioner artıq toplu çalışmalara başlayıb. Sentyabrın 2-də “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyunu keçiriləcək. Qarşılaşma saat 11:00-da başlayacaq.