“Konyaspor” Mahir Emrelidən narazıdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Türkiyə karyerası qısa çəkə bilər. Newsport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 25 yaşlı forvardın çıxışı “Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviçi qane etmir.
 
Qış fasiləsində Zaqreb “Dinamo”sundan icarəyə götürülən Emrelini konyalılar 1,5 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malikdi. Lakin oyunçunun bu performansı davam etdirəcəyi təqdirdə “Dinamo”ya qaytarılacağı bildirilib.
 
“Konyaspor”da ilk üç matçında start heyətində meydana çıxan futbolçu “Antalyaspor”la son görüşdə ehtiyatdan mübarizəyə qoşulmuşdu. Bu da Stanoyeviçin ona etimadının azaldığından xəbər verir.
 
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilə qədərdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right