“Sabah” - gənclərə ən çox etibar edən komanda

CİES futbol observatoriyası son 5 ildə ölkə çempionatlarında 20 yaşadək futbolçulara ən çox şans verən klubların adlarını açıqlayıb. Newsport.az saytı xəbər verir ki, qurum Misli Premyer Liqasının təmsilçilərini də araşdırıb.
 
Cari mövsümdən çempionata qayıdan “Kəpəz” və “Turan Tovuz” siyahıya salınmayıb.
 
Beş il ərzində gənclərə ən çox etibar edən komanda “Sabah”dı. “Neftçi” də “Sabah” kimi 11 oyunçuya şans versə də, meydanda olma dəqiqəsi baxımından “ağ-qaralar” ikincidi.
 
1. “Sabah” – 11 futbolçu, 131 oyun
2. “Neftçi” – 11 futbolçu, 139 oyun
3. “Sumqayıt” – 9 futbolçu, 139 oyun
4. “Şamaxı” - 9 futbolçu, 139 oyun
5. “Qəbələ” – 7 futbolçu, 139 oyun
6. “Qarabağ” – 6 futbolçu, 139 oyun
7. “Zirə” – 4 futbolçu, 139 oyun
8. “Səbail” – 3 futbolçu, 139 oyun




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right