Millimizin baş məşqçisi Canni De Byazi Çempionlar Liqasının 1/4 finalında "Milan" - "Napoli" ilk oyunu öncəsi fikirlərini bildirib.
Newsport.az "Radio Kiss Kiss Napoli"yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis ÇL-in finalında ölkəsinin komandalarından birinin olacağına inandığını deyib: "Raspadori Osimhendən fərqli xüsusiyyətə malikdir, amma mən onun formada olduğunu düşünmürəm. Osimhensiz başqa "Napoli" olacaq. "Milan"ın futbolçusu Teo Hernandes çox tələbkar rəqibdir. Ona görə "Napoli"nin iki cinah oyunçusu yaxşı çıxış etməlidir. İtaliya komandasının finala çıxmaq şansı yüksəkdir. Amma bilmirəm ki, bu üç komandadan ("Milan", "Napoli", "İnter" - red) hansı uğur qazanacaq. "Napoli" Çempionlar Liqasının qalibi olmağa layiqdir. Onların İtaliya çempionatında "Milan"a 0:4 hesabı ilə uduzması Avropa yarışında "Napoli" üçün faydalı ola bilər. Əminəm ki, gözəl oyun keçəcək".