"Torino" Musa Qurbanlını transfer edə bilər

İtaliyanın "Torino" klubu "Qarabağ"ın hücumçusu Musa Qurbanlını transfer edə bilər.

Newsport.az "Football News 24" portalına istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Davide Vaqnati Musa ilə maraqlandıqlarını bildirib.

Belə ki, klub rəsmisi skaut departamentinin millimizin forvardını izlədiyini və onu transfer etmək istədikləri barədə məlumat verib. 

"Torino" hazırda A seriyasında 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right