“Rəvan” “Spartak Moskva” ilə qarşılaşacaq

Bu gün UEFA Gənclər Liqasında yeni mövsümün püşkatması keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından ən yüksək reytinqli 32 ölkənin çempionları da rəqiblərini tanıyacaq. 
 
UEFA və Azərbaycan futbolu tarixində ilkə imza atmış olacaq bu püşkatmada ölkəmizin də təmsilçisi olacaq. Belə ki, UEFA Əmsallar Cədvəlində ən yüksək reytinqli 32 ölkə arasında olduğumuzdan AFFA-nın təşkil etdiyi U-19 Liqasının ötən mövsümkü qalibi "Rəvan” Çempionlar Liqası həyəcanı yaşayacaq. 
 
Doğrudur, "aslanlar”ın bu yarışa hazırlıq səviyyəsi ürəkaçan sayıla bilməz. Ən azı ona görə ki, normal hazırlıq olmadığından və maliyyə problemlərinə görə komandaya tarixi ilki gerçəkləşdirmək fürsəti qazandıran baş məşqçi Fizuli Məmmədov artıq postunda deyil. "Zirə”yə gedən sabiq futbolçunu Zamin Əsədullayev əvəzləyib.
 
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar yolunun püşkatması Bakı vaxtı ilə saat 16:45-də başlayacaq. Reqlamentə görə, 32 komanda əvvəlcə 16 cütlük yaradacaq. 16 qalib isə 8 cütlük formalaşdıracaq ki, yekunda ən güclü "8-lik” Çempionlar Liqası yolunda qrup ikincisi olmuş 8 kollektivlə 1/8 finala vəsiqə uğrunda yarışacaq. Qrup qalibləri isə rəqiblərini artıq birbaşa 1/8 finalda gözləyəcək. 
 
Onu da əlavə edək ki, Çempionlar yolunda I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab matçları isə oktyabrın 20-21-də baş tutacaq. II mərhələnin qarşılaşmaları 3-4 və 24-25 noyabrda keçiriləcək. 

 
Çempionlar yolunda yer alacaq 32 komanda 4 qrupa bölünüb. Həm I, həm də II mərhələdə eyni qrupda yer alan komandalar üz-üzə gələcək:
 
I mərhələ
"Vilyareal” (İspaniya) - "Servett” (İsveçrə)
APOEL (Kipr) - "Felksut” (Macarıstan)
"Senitsa” (Slovakiya) - "Torino” (İtaliya)
"Rad” (Serbiya) - "Domjale” (Sloveniya)
"Reyms” (Fransa) - "Middlsbro” (İngiltərə)
"Elfsborq” (İsveç) - "Styarnan” (İslandiya)
HİK (Finlandiya) - "Seltik” (Şotlandiya)
"Brann” (Norveç) - "Anderlext” (Belçika)
"Spartak” (Moskva, Rusiya) - "RƏVAN” (AZƏRBAYCAN)
"Zalsburq” (Avstriya) - "Jelezniçar” (Bosniya və Herseqovina)
"Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya)
"Liteks” (Bolqarıstan) - "Legiya” (Varşava, Polşa)
"Minsk” (Belarus) - "Vitorul” (Rumıniya)
"Pribram” (Çexiya) - "Zimbru” (Moldova)
"Saburtalo” (Gürcüstan) - "Midtyulland” (Danimarka)
"Aktobe” (Qazaxıstan) - "Beşiktaş” (Türkiyə)
 
II mərhələ
APOEL (Kipr)/"Felksut” (Macarıstan) - HİK (Finlandiya)/"Seltik” (Şotlandiya)
"Rad” (Serbiya)/"Domjale” (Sloveniya) - "Elfsborq” (İsveç)/"Styarnan” (İslandiya)
"Vilyareal” (İspaniya)/"Servett” (İsveçrə) - "Brann” (Norveç)/"Anderlext” (Belçika)
"Reyms” (Fransa)/"Middlsbro” (İngiltərə) - "Senitsa” (Slovakiya)/"Torino” (İtaliya)
"Spartak” (Moskva, Rusiya)/ "RƏVAN” (AZƏRBAYCAN) -  "Şalke” (Almaniya)/"Ayaks” (Hollandiya)
"Aktobe” (Qazaxıstan)/"Beşiktaş” (Türkiyə) - "Zalsburq” (Avstriya)/"Jelezniçar” (Bosniya və Herseqovina)
"Saburtalo” (Gürcüstan)/"Midtyulland” (Danimarka) - "Liteks” (Bolqarıstan)/"Legiya” (Varşava, Polşa)
"Pribram” (Çexiya)/"Zimbru” (Moldova) - "Minsk” (Belarus)/"Vitorul” (Rumıniya)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right