Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ən çox qırmızı vərəqəni “Sabah”ın baş məşqçisi Murad Musayev alıb.
Newsport.az araşdırmasına görə, rusiyalı mütəxəssis 29 tur ərzində intizamsızlıqda nəinki həmkarlarını, hətta futbolçuları da qabaqlayıb.
Musayev son olaraq XXIX turda “Səbail”lə (1:2) keçirilən səfər qarşılaşmasının sonlarında sarı, matçın ardından isə qırmızı vərəqə ilə cəzalandırılıb. Bununla 40 yaşlı məşqçi bu mövsüm Premyer Liqada passivinə 7-ci sarı və 3-cü qırmızı vərəqəni yazdırıb.
Müqayisə üçün əlavə edək ki, futbolçular arasında ən çox meydandan qovulan Con İrasabal (“Sabah”), Coşqun Diniyev (“Zirə”), Vüqar Mustafayev (“Sumqayıt”) və Tural Bayramlı (“Səbail”) hərəyə 2 dəfə qırmızı vərəqə alıblar.
Murad Musayevdən başqa, onun köməkçisi Vitali Kovalyov və “Sumqayıt”ın baş məşqçisi Samir Abasov da bir dəfə qırmızı vərəqə ilə texniki zonadan qovulublar.
Rəsmi şəxsləri ən çox cəzalandırılan klub da “Sabah”dır. Çempionatın ikinci pilləsində qərarlaşan bakılıların məşqçiləri ümumilikdə 7 sarı, 4 qırmızı vərəqəyə “qonaq olublar”. “Neftçi” və “Qəbələ” 4 sarı ilə 2-3-cü yerləri bölüşdürürlər. “Neftçi”də və “Şamaxı”da üç rəsmi şəxs müxtəlif matçlarda sarı görüb. Xüsusən də “Şamaxı”da 3 məşqçi fəaliyyət göstərir ki, hərəsi bir dəfə rəsmi xəbərdarlıq alıb.
Məşqçiləri vərəqə üzü görməyən yeganə komanda “Qarabağ”dır. Ağdam klubunun futbolçuları kimi, rəsmi şəxsləri də hakimlərə əziyyət verməyiblər. Əvəzində “Qarabağ”la görüşlərdə rəqiblərin məşqçiləri 1 qırmızı, 6 sarı vərəqə alıblar.
“Sabah”: 7 sarı, 4 qırmızı vərəqə
Murad Musayev (baş məşqçi):
I tur (“Sumqayıt” – 3:0) – sarı
VI tur (“Qarabağ” – 3:4) – qırmızı
XI tur (“Neftçi” – 3:2) – sarı
XII tur (“Qəbələ” – 2:1) – sarı
XVII tur (“Kəpəz” – 2:2) – sarı
XXIII tur (“Turan Tovuz” – 0:2) – sarı
XXIII tur (“Turan Tovuz” – 0:2) – qırmızı
XXVIII tur (“Qəbələ” – 3:2) – sarı
XXIX tur (“Səbail” – 1:2) – sarı
XXIX tur (“Səbail” – 1:2) – qırmızı
Vitali Kovalyov (qapıçı məşqçisi):
XVII tur (“Kəpəz” – 2:2) – qırmızı
“Neftçi”: 4 sarı vərəqə
Laurentsiu Regekampf (baş məşqçi):
XIII tur (“Sumqayıt” – 2:2) – sarı
XXIV tur (“Qarabağ” – 1:1) – sarı
Aleksandr Florin (köməkçi məşqçi):
XIV tur (“Qəbələ” – 2:0) - sarı
Vüqar Əliyev (tərcüməçi):
XX tur (“Zirə” – 1:0) - sarı
“Qəbələ”: 4 sarı vərəqə
Elmar Baxşıyev (baş məşqçi):
IX tur (“Qarabağ” – 0:1) – sarı
XVII tur (“Qarabağ” – 0:1) – sarı
Rasim Ramaldanov (köməkçi məşqçi):
IX tur (“Qarabağ” – 0:1) – sarı
XIX tur (“Kəpəz” – 2:2) – sarı
“Şamaxı”: 3 sarı vərəqə
Vüqar Əsgərli (baş məşqçi):
XII tur (“Qarabağ” – 0:4) - sarı
Cavid Hüseynov (köməkçi məşqçi):
X tur (“Qəbələ” – 1:1) - sarı
Elhad Nəziri (köməkçi məşqçi):
XXV tur (“Zirə” – 2:2) - sarı
“Turan Tovuz”: 2 sarı vərəqə
Ayxan Abbasov (baş məşqçi):
XII tur (“Sumqayıt” – 1:0) – sarı
XIX tur (“Qarabağ” – 2:3) – sarı
“Sumqayıt”: 1 qırmızı vərəqə
Samir Abasov (baş məşqçi):
XIII tur (“Neftçi” – 2:2) - qırmızı
“Zirə”: 1 sarı vərəqə
Rəşad Sadıqov (baş məşqçi):
VI tur (“Səbail” – 2:1) – sarı
“Kəpəz”: 1 sarı vərəqə
Tərlan Əhmədov:
XX tur (“Səbail” – 0:1) – sarı
“Səbail”: 1 sarı vərəqə
Kərim Diniyev (köməkçi məşqçi):
XXV tur (“Sumqayıt” – 0:1) - sarı