Hakimlərimiz qrup mərhələsinin oyunlarında

FİFA referisi Orxan Məmmədov və FİFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar. 
Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qurupunda keçiriləcək oyunlarda iştirak edəcəklər. 

Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right