Azərbaycan millisi Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək.
Newsport.az-ın məlumatına görə, rəqib komandanın müdafiəçisi Deyan Lovren bu oyunla bağlı fikirlərini açıqlayıb.
“Liverpul”un (İngiltərə) üzvü qələbə üçün meydana çıxacaqlarını deyib:
“Azərbaycan və Norveçlə oyunda 3 xal qazanmaq bizə vacibdi. Buna görə də hər iki matçda meydana qələbə üçün çıxacağıq”. Azərbaycan millisi asan rəqib deyil. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məğlubiyyət haqqında düşünmürük. Qələbə bizə vacibdi”.