"Neftçi" "Sumqayıt" səfərinə itkilərlə gedir

"Neftçi" Azərbaycan Premyer Liqasınnı 29-cu turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.

Newsport.az xəbər verir ki, "ağ-qaralar" bu qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Paytaxt təmsilçisinin legionerləri Ataa Caber və Vato Arveladze zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı bu gün saat 20:00-da "Kapital Bank Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right