"Sumqayıt" "Zirə" üçün hazırlaşır

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Newsport.az-ın məlumatına görə, "kimyaçılar" bu matça doğma şəhərində hazırlaşır. 

Aqil Məmmədovun komandasında heyətlə bağlı elə də ciddi itki yoxdu. Yalnız Tofiq Mikayılovla bağlı problem va. Yüngül zədəsi olann yarımmüdafiəçi məşqlərini fərdi şəkildə davam etdirir.

Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi yoxlama matçında da qüvvəsini sınayacaq. Sumqayıtlılar sabah saat 18:00-da doğma arenada 1-ci divizion təmsilçisi "Qaradağ-Lökbatan" ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right