Azərbaycan millisi İtaliya və Gürcüstana rəqib oldu

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.

Newsport.az xəbər verir ki, bu gün keçirilən püşkatmada 10 komanda iştirak edib.

Turində Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, İtaliya, Çexiya, CAR, Serbiya və Fransa yığmaları mübarizə aparacaq.

Püşkatmada bu komandalar iki qrupa bölünüb.

A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya

B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, CARYarışın matçları mayın 1-6-da keçiriləcək. Oyunlar Bakı Tennis Akademiyasında baş tutacaq





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right