“AFFA Cavid Hüseynovla bağlı fikrini bildirib. Son zamanlar Cavid yaxşı formada idi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib Hüseynovun yenidən futbolçu kimi adından söz etdirəcəyinə ümid etdiyini bildirib: “Millinin əvvəlki oyunlarında, toplanışlarında da Cavid özünü yaxşı tərəfdən göstərirdi. Robert Prosineçki də ondan razılıq edirdi. Təəssüflər olsun ki, belə hal yaşandı. Ümid edirik ki, Cavid karyerasını davam etdirəcək və bizi yenidən sevindirəcək. Məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirik. Hələ ki, AFFA tərəfindən heç bir müraciət olmayıb. Istintaqın nəticəsini gözləyirik”.
Futbolxeber.az