Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan və turnir cədvəlində qonşu olan komandaların duelinə maraq böyükdür.
Bu turun “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları şənbə, “Sumqayıt” – “Neftçi” və “Səbail” – “Sabah” matçları isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel
17:00 "Qəbələ" - "Zirə" 2:1
Qol: Ramon Maçado, 58, Ruan Renato, 80 - Eldar Quliyev, 69
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.