Millimizin mövqeyi dəyişdi İlin ilk FİFA reytinqi

FİFA milli komandaların bu il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki, millimiz son reytinqlə müqayisədə 3 pillə geriləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1142 xalla 124-cü pillədə qərarlaşıb. Buna komanda Avro-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzması səbəb olub.

İlk 3-lükdə də dəyişiklik olub. Son dünya çempionu Argentina siyahıda 1-ci pilləyə (1840 xal) yüksəlib. Fransa 2-ci (1838) pilləyə qalxıb. Braziliya liderlikdən 3-cü (1834) pilləyə geriləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right