Bu gün "Boulevard Hotel Bakı” otelində AFFA və "Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsi imzalanıb.
Newsport.az-ın məlumatına görə, müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov ilə otelin baş meneceri Valentin Osolos tərəfindən imzalanıb.
Müqaviləyə əsasən, "Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.