AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək. Qurumun rəsmi saytının məlumatına görə, prezident Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Portuqaliyanın paytaxtı Lissabondakı “Lisbon Congress Center”də təşkil olunacaq tədbirə qatılacaqlar.
Bu gün baş tutacaq 47-ci Konqresdə UEFA-da prezident seçkisi olacaq.