“Qəbələ” Meza Kollini rəsmən təsdiqlədi

"Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar” paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini heyətinə qatıb. "Transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan "qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb. Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının "İnter” klubunun formasını geyinib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın "Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın "Atromitos” (2007-2010), "Etnikos” (2007-2008, icarə əsasında), "Yannina” (2008-2009, icarə əsasında), "Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın "Çezena” (2010-2013) və "Pavia” (2011, icarə əsasında) klublarına çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right