AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Futzal üzrə 1-ci liqanın 14-cü turunda keçirilməli olan “Alyans Qrup” – MUM qarşılaşması “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Alyans Qrup”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Xan Lənkəran” – “Zəngilan” oyununda “Zəngilan”ın oyunçusu Seymur Xəlilov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. “Xan Lənkəran”ın qapıçısı Aydın Bəyişli də rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.