Laurentsiu Regekampf: "Komandam yaxşı futbol oynayır"

"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Komandamın pis oynadığını düşünmürəm. Fasilə zamanı milli komandaların futbolçuları bizimlə deyildi. Bununla yanaşı mərkəz yarımmüdafiəçilərimiz Ataa Caberlə Eddi İsrafilov zədəlidir. Bu gün yaxşı epizodlarımız oldu. Hücumu tamamlama məsələsində daha da diqqətli olmalıyıq. Daha çox köklənib, daha çox qollar vurmalıyıq. Çünki, epiozdları dəyərləndirə bilməyəndə rəqib standart vəziyyətdən belə qol vura bilər. Nəticədə oyun belə bitmiş olur. Bizi qarşıda ağır ay gözləyir. Çox vacib matçlarımız var. Bütün futbolçuları bərpa etməyə çalışmalıyıq. Qarşıdakı periodda daha diqqətli olmalıyıq. Düşünürəm ki, komandam yaxşı futbol oynayır.

- Eddi İsrafilov mövsüm ərzində 4-cü dəfədir ki, zədələnir. Onu hazırlamaq sizin üçün çətin olmayacaq?

- Çempionatın qarşıdakı dövründə və kubokda Eddi bizə kömək edəcək. Özü də buna inanır. Mövsüm bittikdən sonra o, kiçik əməliyyat keçirəcək. Artıq fiziki hazırlıq məşqçisi ilə hazırlığa başlayıb. Bərpası yaxşı istiqamətdə gedir. Ümid edirəm ki, o, tezliklə komandaya qoşulacaq.

- Millinin məşqçisi Arif Əsədov bildirmiş ki, futbolçuların fiziki hazırlığı yaxşı deyil. Bu haqda nə deyə bilərsiz?

- Görürük ki, oyunçularımız yaxşı formadadır. Millinin heyətinə nəzər yetirsəz, görərsiz ki, "Neftçi", "Qarabağ" və "Sabah"ın futbolçuları var. Uzaqdan köməkçi məşqçi ilə dialoq aparmaq istəmirəm. Düşünmürəm ki, hazırda millinin problemi budur. Əminliklə deyə bilərəm ki, istər bizdən, istərsə də bayaq adını çəkdiyim klublardan milliyə gedən oyunçular hazır formadadırlar. Bizdə əsas sıxıntı mərkəz müdafiəçisi mövqeyindədir. Yenə eyni yerə çıxarıq. Bu gün beynəlxalq arenada təcrübəsi olan iki stoperimiz var. Bəhlul və Bədavi. Digərlərinin ustalığı onlardan geri qalmır. Sadəcə olaraq beynəlxalq praktikaları yoxdur. Höccətin stoper mövqeyində çox yaxşı oyunları olub. Amma indi millidə sağ cinah müdafiəçisi kimi oymayır. Digər mövqelərdə millinin indiyə qədərki ən geniş heyəti var. Bəzən itkilər də olur. Bunu da nəzərə almaq lazımdır. Hamı mənimlə razılaşar ki, müstəqillik dövründə hazırkı milli ən güclü heyətdir.

- Avstriya bizimlə matçda optimal heəytlə deyildi, İsveç zəif dönəmini keçirir. Belə olan halda Belçika ilə matçdan nə gözləmək olar?

- Oyunların arasında fərq olur. Bu tip matçlarda ən çətini oyunun əvvəlidir. Ondan sonra nəticə sərf etmirsə, rəqib təzyiqi artırır. Əslində hər iki matça yaxşı başlamışdıq. Mənim öz fikirlərim var. bunlar mənim özümdə qalsın.

- Nə vaxtsa Cəlal Hüseynovu sağ cinah müdafiəçisi kimi oynatmaq ağlınızdan keçib?

- Xeyr. Heç vaxt.

- Futbolçuda sağ cinahda oynamaq potensialı var?

- Hər futbolçunu hər mövqedə oynada bilərsən. Əlində olan heyətdən də çox şey asılıdır. Ola bilər ki. nə vaxtsa Cəlalı sağ cinahda oynadım. Bəlkə də limit lazım olanda edə bilərəm. Açığı bir dəfə yoldaşlıq görüşündə 45 dəqiqə oynatmışam. Ümumən seçimim olsa, Cəlalı stoper mövqeyində oynadaram, sağ cinahda oynatmaram.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right