Salvador millisinin üzvü rəsmən "Zirə"də! FOTO

"Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb. 24 yaşlı Bonilla karyerasına ölkəsində "Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın "Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidi. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right