“Neftçi”də yeni mətbuat katibi

Xəbər veridyimiz kimi, "Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə vəzifəsindən istefa verib.

Newsport.az-ın məlumatına görə, artıq onun xələfinin adına da aydınlıq gəlib. Abbaszadənin vəzifəsini müvafiq departamentdə çalışan Mehman Rəsulov icra edəcək. O, müvəqqəti olaraq bu posta təyin olunub. 
 
Qeyd edək ki, 2007-2011-ci illərdə ANS-də çalışan Rəsulov 2011-ci ildən "Neftçi”də fəaliyyət göstərir. Hazırda klubun internet layihələri idarə olunması üzrə meneceri olan həmkarımız 2010-cu ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən "İlin jurnalisti” seçilib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right